U-17-nin rəqibləri məlum oldu

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020-2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda İngiltərə, Yunanıstan və San-Marino komandaları ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.