Tyaqo Silva – “Böyük bir utancdır”

PSJ-nin futbolçusu Tyaqo Silva, Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olaraq, turnirlə vidalaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına açıqlama verən Paris təmsilçisinin kapitanı, fransalı azarkeşlərdən üzr istəyib:

“Danışmaq çox çətindir. Böyük bir utancdır. İlk oyunda səfərdə yaxşı “performans” sərgiləmişdik. Ancaq öz meydanımızda üstünlüyümüzü qoruya bilmədik. Verilən tapşırıları düzgün yerinə yetirə bilmədik. Nəticəni bərabərləşdirməyə çalışdıq, ancaq olmadı. Bu, futboldur. Bu gün biz ÇL-lə vidalaşdıq. Bizi dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Mançester Yunayted”i 2:0 hesabıyla məğlub edən PSJ, cavab oyununda “qırmızı şeytanlar”a 1:3 hesabıyla məğlub olaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button