PSJ-də Tuxeli Motta əvəzləyir? – açıqlama

Adı PSJ-nin baş məşqçi postuna namizədlər arasında çəkilən Tyaqo Motta açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis, bu təyinatı istisna etməyib:

“Mənim haqqımda deyilənlər çox qürurvericidir. Bu, məni qürurlandırır və xoşbəxt edir. Karyeramın böyük hissəsini keçirdiyim klubun azarkeşlərinin sevgisini qazandığım üçün xoşbəxtəm. Ümid edirəm ki, bir gün mənə verdikləri güvəni geri qaytara bilərəm. Futbolda hücumu sevirəm. Qalib gəlmək üçün risk almağınız lazım olur. PSJ kimi komandanın bu üsluba uyğun olduğunu düşünürəm”.