Tuxelin PSJ rəhbərliyindən tələbi: Onları saxlayın!

PSJ-nin baş məşqçisi Tomas Tuxel klub rəhbərliyinə komandada qalmasını istədiyi futbolçuların siyahısını təqdim edib.

Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Tuxel, rəhbərlikdən müdafiəçi Markinyos, yarımmüdafiəçi Marko Verratti və hücumçular – Kilian Mbappe ilə Neymarın mütləq şəkildə komandada saxlanılmasını tələb edib. Yeni mövsümdə Çempionlar Liqasında iddialı olmaq istəyən PSJ-də əsas hədəf, komandanın aparıcı üzvlərinin saxlanılmasıdır.

PSJ-də mövsümün sonunda Edinson Kavani və Adrien Rabiotun komandadan ayrılacağı gözlənilir.