Tuxel Di Maria haqda: O, bir az əsəbi idi

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gələn PSJ-nin baş məşqçisi Tomas Tuxel, Anxel Di Maria haqqında danışıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis, argentinalı futbolçunun fitə basılmasını şərh edib:

“Fikirləşirdim ki, Di Marianın ingiltərəli azarkeşlərlə münasibəti yaxşıdır. İlk hissədə o, bir az əsəbi idi, daha sakit oynamalı idi. Amma sonradan o, çox yaxşı oyun sərgilədi, dönüş etdi. O, hər zaman meydanda bütün gücünü qoyur. Mən onun oyunundan çox məmnunam. Di Maria bizə çox kömək etdi”.

Oyun ərzində MY azarkeşləri tərəfindən fitə basılan və “butulka atəşi”nə tutulan argentinalı futbolçu, 2014-2015-ci illərdə “qırmızı şeytanlar”ın şərəfini qoruyub.