Turun bütün oyunları eyni gündə keçiriləcək

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 9-cu turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, növbəti turun bütün qarşılaşmaları eyni gündə – dekabrın 9-da keçiriləcək.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Birinci divizion
9-cu tur

9 dekabr

Zaqatala – Qaradağ Lökbatan
Zaqatala şəhər stadionu, 13:00.

Qarabağ-2 – Keşlə-2
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00.

Sabah-2 – Turan Tovuz
“Bank Respublika Arena” (ehtiyat meydança), 14:00

Neftçi-2 – Kəpəz
Türk Hava Yolları futbol mərkəzi (4-cü meydança), 14:00.

MOİK – Sumqayıt-2
Bakı. “ASCO Arena”, 16:00.