“Turnirdən bu cür kənarlaşmaq bizi təəssüfləndirir” – “Yuventus”un prezidenti

“Yuventus”un prezidenti Andrea Anyelli UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyunundan (2:1) sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, klub rəhbəri, “qoca sinyora”nın turnirdə mübarizəni dayandırması və Kriştiano Ronaldonun gələcək taleyi ilə bağlı danışıb:

“Çətin mövsüm oldu. Ardıcıl doqquzuncu çempionluğumuzu qazandıq və tarix yazdıq. Çempionlar Liqasındakı bu məğlubiyyət bizim üçün, azarkeşlər üçün məyusluq yaradır. Son illərdə dediyim kimi, Çempionlar Liqası bir xəyal idi, indi isə hədəf olmalıdır. Turnirdən bu cür kənarlaşmaq bizi təəssüfləndirir. “Yuventus”un hədəfləri var, həm ölkə daxilində, həm də Avropada bizi sevindirməlidir. ÇL tarixinin ən yaxşı futbolçusuna sahibik. Bu gecə də bunu sübut etdi. Qarşıdakı bir neçə gündə düşünüb, dəyərləndirəcəyik və qarşıdakı mövsüm üçün qərarlar verəcəyik.

Ronaldonun “Yuventus”un əsas futbolçusu olmağa davam edəcəyinə sizi əmin edə bilərəm”.