“Trabzonspor”da yeni futbolçu

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Qaradəniz təmsilçisi Bilal Başaçıkoğlunu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı hücumçuyla müddəti mövsümün sonuna qədər olan müqavilə imzalanıb. “Trabzonspor” mövsümün sonunda Bilalın sözləşməsini daha 2 il artıra bilər.

Son olaraq “Kayserispor” klubunun şərəfini qoruyan Bilal, bu mövsüm Super Liqada 11 oyunda 3 qol vurub. Hücumçu ötən ilin dekabrından işsiz idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button