“Sivasspor”un futbolçusu “Fənərbaxça” ilə anlaşdı

Türkiyənin “Sivasspor” klubunun futbolçusu Mərt Hakan Yandaş karyerasını “Fənərbaxça”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə Sivas təmsilçisinin baş məşqçisi Rıza Çalımbay yerli mətbuata açıqlamasında deyib. O, Mərtin “Fənərbaxça” ilə razılaşdığını bildirib.

25 yaşlı futbolçu son mövsümdə Super Liqada 31 oyunda iştirak edib və 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button