“Qalatasaray” “Reyncers”lə oyuna Ardasız çıxacaq

Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasının pley-off mərhələsində Şotlandiyanın “Reyncers” komandasıyla qarşılaşacaq.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” Qlazqo təmsilçisi ilə görüşdə Arda Turanın köməyindən istifadə edə bilməyəcək. Bu barədə “Qalatasaray”ın mətbuat xidməti məlumat yayıb. Qripə yoluxan Arda “Reyncers”lə oyunun heyətinə salınmayıb.

Sabah keçiriləcək “Reyncers” – “Qalatasaray” oyunu saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button