“Fənərbaxça”nın sabiq futbolçusu yenidən Türkiyə klubunda

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Dijon” klubundan Yassin Benzianı icarəyə götürüb. Bu barədə “Hatayspor”un mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Hatay təmsilçisində çıxış edəcək.

Benzia daha əvvəl Türkiyədə “Fənərbaxça”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button