Super Liqa klubunun 2 futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Fatih Karagümrük” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Fatih Karagümrük”də Yure Balkoveç və Artur Sobiexdə koronavirus aşkarlanıb.

Hər iki futbolçunun sağlıq durumu yaxşıdır və onlar karantinə alınıblar.

“Fatih Karagümrük” Super Liqada 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button