“Fənərbaxça” legioneri ilə yollarını ayırır – zədəsinə görə

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Dieqo Perotti ilə yollarını ayıracaq.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin baş məşqçisi Erol Bulut Türkiyə kubokunda “Kasımpaşa”nı məğlub etdikləri oyundan sonrakı açıqlamasında deyib. Yerli mətbuata danışan Bulut, zədə səbəbindən əməliyyat olunacaq və uzun müddət yaşıl meydanlardan uzaq qalacaq Perotti ilə müqaviləni ləğv edəcəklərini bildirib.

Perotti ötən ilin oktyabrında “Fənərbaxça” ilə iki illik müqavilə imzalayıb. Yarımmüdafiəçi Türkiyə klubunda çıxdığı 4 oyunda 3 qol vurub.

Perotti karyerası ərzində daha əvvəl Argentinada “Boka Xuniors”, İspaniyada “Sevilya”, İtaliyada “Roma”, “Cenoa” kimi klublarda çıxış edib. 32 yaşlı futbolçu Argentina yığmasında 5 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button