“Beşiktaş”ın skautları “Qarabağ”ın hücumçusunu izləyəcək

Türkiyənin “Beşiktaş” klubunun “Qarabağ”ın hücumçusu Musa Qurbanlı ilə maraqlandığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin skautları Ağdam klubunun “Marsel”ə qarşı keçirəcəyi oyunda Musa Qurbanlını izləyəcək və yekun hesabatı rəhbərliyə təqdim edəcəklər. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Marsel” – “Qarabağ” matçı fevralın 17-də Fransada olacaq. Komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button