“Beşiktaş”ı İtaliya klubuna dəyişdi – Rəsmi

Türkiyənin “Beşiktaş” klubunun futbolçusu Qari Medel karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, çilili futbolçu “Bolonya”ya keçib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. “Bolonya” Medel üçün “Beşiktaş”a 2,5 milyon avro təzminat ödəyəcək. Çilili yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Medel “Beşiktaş”da 2017-ci ildən çıxış edirdi. O, bu müddətdə Türkiyə Super Liqasında 51 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button