Rəsmi: “Beşiktaş” “Arsenal”dan futbolçu aldı

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Arsenal”dan Məhəmməd Elnenini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Misirli futbolçu 2019/20 mövsümünü icarə əsasında “Beşiktaş”da keçirəcək.

2016-cı ildən “Arsenal”da çıxış edən 27 yaşlı yarımmüdafiəçi, 75 dəfə də Misir millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button