“Milan”ın sabiq hücumçusu Türkiyə klubunda

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Luis Adriano ilə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı hücumçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalayıb.

Adriano “Antalyaspor”da 70 nömrəli formanı geyinəcək.

Son klubu “Palmeyras” olan braziliyalı hücumçu daha əvvəl”Şaxtyor” (Donetsk, Ukrayna), “Milan” və Moskva “Spartak”ında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button