Türkiyəli basketbolçu otağında ölü tapıldı

Türkiyəli basketbolçu Ziya Berhan Kılıç vəfat edib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci liqa təmsilçisi “Çorlu Bələdiyyəsi Gənclik və İdman klubu”nun kapitanı olan Kılıçın cəsədi otağında tapılıb. 30 yaşlı oyunçu keçən həftə sonu icazə alaraq, komandanın məşqinə qatılmayıb. Ondan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Kılıçın yaşadığı klub binasına gedən ailə üzvləri onun öldüyünü görüblər.

Hadisəylə bağlı araşdırma başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button