Türkiyəli futbolçuya verilən ömürlük cəza ləğv olundu

Türkiyə Futbol Federasiyası bir müddət əvvəl oyun zamanı rəqiblərinə ülgüclə xəsarət yetirən “Amedspor” klubunun futbolçusu Mansur Çalara verilən ömürlük cəzanı ləğv edib.

Komanda.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi futboldan ömürlük kənarlaşdırılsa da, klubu bu cəzanın ədalətsiz olduğunu iddia edərək, qərardan şikayət edib. Aparılan yeni araşdırmalardan sonra TFF ömürlük cəzanı ləğv edərək, Çalara 20 oyunluq cəza verilməsini qərara alıb. Sözügedən futbolçu həm də 25 min lirə cərimə ödəyəcək.

Qeyd edək ki, TFF 2-ci Liqası çərçivəsində keçirilmiş “Amedspor” – “Sakaryaspor” matçının gedişində futbolçular arasında mübahisə düşüb. Bu zaman kürd əsilli oyunçu Mansur Çalar əlindəki ülgüclə rəqib oyunçulara müxətlif dərəcəli xəsarətlər yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button