Türkiyəli futbolçu “Roma”da?

Fransanın “Lill” klubunun türkiyəli müdafiəçisi Zeki Çelik karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Roma”nın hədəfindədir. Artıq “canavarlar”ın Çelik üçün təklif göndərdiyi də deyilir. Məlumata görə, paytaxt klubu futbolçu üçün qarşı tərəfə ümumilikdə 15 milyon avro təklif edib.

Çelikin “Lill”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button