Türkiyə toplanışının vaxtını açıqladı – “Neftçi”

“Neftçi” 2022/2023 mövsümünə hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, taktiki və texniki çalışmalardan ibarət olacaq bu mərhələ iyulun 1-dən 15-dək Bolu bölgəsində təşkil olunacaq.

Ayın 1-də səfərə yollanacaq komanda üzvləri “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaqlar. “Ağ-qaralar” orada 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların günü və rəqiblər haqqında daha sonra ətraflı məlumat veriləcək.

Toplanışın fiziki hazırlığa həsr olunan ilk mərhələsinə iyunun 17-də başlayan paytaxt təmsilçisi məşqləri klubun bazasında davam etdirir.

“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-i səfərdə olacaq. “AEK Arena”dakı görüş saat 21:30-da başlayacaq. Cavab matçı bir həftə sonra Bakıda keçiriləcək və saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button