Türkiyə superkubokunun qalibi bəlli oldu

Futbol üzrə Türkiyə superkubokunun qalibi müəyyənləşib.

Komanda.az xəbər verir ki, titul uğrunda ötən mövsümü “qızıl dubl”la başa vuran “Qalatasaray” və Türkiyə Kubokunun finalçısı “Akhisarspor” qarşılaşıb.

Ankarada keçirilən oyunun taleyini bir qol həll edib. Mərakeşli futbolçu Yunes Belhandanın 38-ci dəqiqədə vurduğu qol “Qalatasaray”a növbəti titulu qazandırıb – 1:0.

İstanbul klubu tarixində 6-cı dəfə superkubokun qalibi olub. Rekordçu olan “Qalatasaray”ın ən yaxın izləyicisi “Fənərbaxça”dı – 3 dəfə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button