Türkiyə superkuboku matçı Qətərdə keçiriləcək

Türkiyə Super Liqasının son çempionu “Beşiktaş”la ölkə kubokunun finalçısı “Antalyaspor” arasında superkubok oyunu Qətərdə keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma 2022-ci il yanvarın 5-də, Qətərin paytaxtın Dohadakı “Əhməd Bin Əli” stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button