Liderə qələbə üçün 1, “Fənərbaxça”ya 2 qol bəs etdi

Türkiyə Super Liqasında mövsümün ilk dövrəsinin sonuncu – 17-ci turuna yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Beşiktaş” “Gənclərbirliyi”ni qəbul edib. Bu oyunda hesabı qonaqlar açıblar. Amma ilk yarıda 2 futbolçusu meydandan qovulan “Gənclərbirliyi” fasilədən sonra üstünlüyünü əldən verib. Dörd qol vuran “Beşiktaş” əzmkar qələbəyə sevinib.

Dörd qolun qeydə alındığı “Ankaragücü” – “Dənizlispor” matçında qalib müəyyənləşməyib. Məhsuldar keçən günün digər oyunlarında da “Başakşəhər” “Kasımpaşa”nı, “Trabzonspor” “Kayserispor”u darmadağınla yola salıb. Son turlarda uğursuz çıxış edən “Qalatasaray” bu dəfə “Antalyaspor”la üz-üzə gəlib və 5 cavabsız qolla qalib gəlib.

Lider “Sivasspor” bu turda “Göztəpə”ni sınağa çəkib və minimal hesabla üstün olub.

Turun son matçında isə “Fənərbaxça” “Rizəspor”un qonağı olub. Üç qolun qeydə alındığı matç İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 17-ci tur

27 dekabr

Beşiktaş – Gənclərbirliyi 4:1
Qol
: D.Vida, 49. Nkudu, 60. O.Özyakup, 74. Hatçinson, 90+1 – Ayite, 24.

28 dekabr

Ankaragücü – Dənizlispor 2:2
Qol
: Skarione, 66; 84 – M.Yumlu, 22. Rodalleqa, 45+1.

Başakşəhər – Kasımpaşa 5:1
Qol
: D.Ba, 2; 28. Krivelli, 6; Fernandes, 26-öz qapısına. Elia, 63 – Kuaresma, 66-pen.

Trabzonspor – Kayserispor 6:2
Qol
: Sorlot, 7; 90+2. Nvakaeme, 37. Starric, 47; 66-pen. A.Parmak, 71 – O.Uzun, 43. Kravets, 82.

Qalatasaray – Antalyaspor 5:0
Qol
: Falkao, 10-pen; 28. Çelustka, 37-öz qapısına. Babel, 82. T.Antalyalı, 89.

29 dekabr

Sivasspor – Göztəpə 1:0
Qol
: Yatabare, 66.

Alanyaspor – Konyaspor 2:1
Qol
: Sisse, 35; 90+4 – Daçi, 8.

Qaziantep – Yeni Malatyaspor 1:1
Qol
: Kayode, 21 – Bifuma, 78.

Rizəspor – Fənərbaxça 1:2
Qol
: Abarhun, 18 – D.Türüc, 13. Jailson, 70.

Bombardir: Boqdan Stanku (Gənclərbirliyi), Papiss Sisse (Alanyaspor) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button