“Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtik” – Şenol Günəş

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş “TRT Spor”a müsahibə verib.

Komanda.az xəbər verir ki, Günəş, AÇ-2020-nin iki oyununu Azərbaycanda keçirmələrinə də münasibət bildirib:

“Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtik. Ən azından iki oyunda alacağımız 6 və ya 4 xal bizi qrupdan çıxara bilər deyə, düşünürəm. Lazım olan dəstəyi görəcəyimizə inanıram, bununla bağlı narahatlığımız yoxdur”.

AÇ-2020-nin əsas mərhələsi çərçivəsində 2020-ci ilin iyulun 17-də Türkiyə-Uels, iyunun 21-də isə İsveçrə-Türkiyə matçları Bakıda təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button