Türkiyə millisində daha bir itki – düşərgədən ayrıldı

Futbol üzrə Türkiyə yığması daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “ay-ulduzlular”ın yarımmüdafiəçisi Okay Yokuşlu sıradan çıxıb.

Zədəsi olan 25 yaşlı futbolçu bu üzdən Andorraya qarşı da oynaya bilməmişdi. Onun qarşıdakı Moldova ilə görüşə də yetişə bilməyəcəyi dəqiqləşdiyindən, heyətdən çıxarılıb. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Artıq formasını geyindiyini İspaniyanın “Selta” klubunun düşərgəsinə yola salınan Okayın yaşıl meydanlara dəqiq nə vaxt dönəcəyi bilinmir.

Xatırladaq ki, Türkiyə yığmasında bir neçə gün öncə digər yarımmüdafiəçi Cengiz Ünder də zədə səbəbindən komandanın düşərgəsindən ayrılmaq məcburiyyətində qalmışdı.

Türkiyə yığması sentyabrın 10-da səfərdə Moldova ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button