“Milan”ın türk futbolçusu Qətər klubundan təklif aldı

Türkiyə milli komandasının və “Milan”ın futbolçusu Hakan Çalhanoğlu Qətər klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin “Əl Duhail” klubundan illik 8 milyon avro qazanacağı müqavilə təklifi aldığı bildirilib. Türkiyəli futbolçu Qətər klubunun təklifini rədd edib.

Hakan Çalhanoğlunun yaxın zamanda “Milan”la yeni müqavilə imzalayacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button