“Bakıdakı qardaşlarımızla turu keçmək istəyirik” – Hamit Altıntop

Türkiyə milli komandasının sabiq üzvü Hamit Altıntop AÇ-2020-nin qrup mərhələsindəki şanslarını dəyərləndirib.

Komanda.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü olan Altıntop, qrup mərhələsinin iki oyununu Bakıda keçirmələrinə də münasibət bildirib:

“Yaxşı qrupdayıq. Turnirin ilk matçını da oynamaq vacibdir. Bu, həm reklam, həm də motivasiya baxımından önəmlidir. Bakıdakı qardaşlarımızla turu keçmək istəyirik. 6 qrupdan 3-cü yeri tutan komandalardan 4-ü növbəti mərhələyə adlayacaq. Kağız üzərində olduğu kimi, inşallah, qrupdan çıxarıq”.

AÇ-2020-nin A qrupunda İtaliya, İsveçrə və Uelslə mübarizə aparacaq Türkiyə yığması, Uels və İsveçrə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button