“Bu oyunun bizə mənfi təsirləri olacaq” – Şenol Günəş

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş Millətlər Liqasının sonuncu turunda Macarıstana qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis, 0:2 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bu oyunda rəqibdən ilk matçın qisasını almaq və liderlik üçün qələbə qazanmaq istəyirdik. Qələbə hissiylə hərəkət etmək istədik, amma alınmadı. Sərgilədiyimiz oyun qələbə üçün kifayət deyildi. Oyun xarakterimizi göstərə bilmədik, fiziki və zehni yorğunluq var idi. Nə olur olsun, qələbə qazanmalıydıq. Rəqib heç-heçəyə razı idi, iki qol vurdu. Biz qələbə istəyirdik, məğlub olduq.

Bu komandanı məğlub edə biləcək gücümüz var idi. Futbolçularımın keyfiyyətinə şübhəm yoxdur. Yaxşı futbolçular da pis oynaya bilər. Martdan etibarən daha yaxşı oyunla, yaxşı işlər görəcəyimizi düşünürəm. Bu oyunun bizə mənfi təsirləri olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button