Türkiyə mətbuatı: “Sabah” rəsmiləri Ümit Özatla görüşdü

Türkiyə mətbuatı bir müddət əvvəl “Sabah”ın Ümit Özatla maraqlandığını və klubun rəsmilərinin danışıqlar üçün Türkiyəyə yollanacağını iddia etmişdi.

Komanda.az xəbər verir ki, “Sabah” klubu bu məsələni təkzib etsə də, Türkiyə mətbuatı yeni bir iddia ortaya atıb.

Belə ki, “Fanatik” nəşri “Sabah” rəsmilərinin Türkiyədə Özatla danışıqlara başladığını bildirib. Məlumatda danışıqların ilki mərhələsinin müsbət nəticələndiyi və qısa zamanda rəsmi müqavilə imzalanacağı bildirilib.

“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov dünən Komanda.az-a açıqlamasında Ümit Özatla maraqlanmadıqlarını və klubun heç bir əməkdaşının Türkiyəyə yollanmadığını demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button