Fatih Terimi belə tənqid edən olmamışdı: “Mafiyasan?”

Türkiyə kubokunda “Qalatasaray”a məğlub olan “Tuzlaspor”un futbolçusu Gökhan Çıra maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, 0:4 hesabıyla uduzduqları oyundan sonra fikirlərini bildirən Çıra, “cim-bom”un baş məşqçisi Fatih Terimi sərt tənqid edib:

“Qalatasaray”ın akademiyasında oynadım, orda nələr olduğunu bilirəm. Səfərdə onları 2:0 hesabıyla məğlub etdik, sevinməməliyəm? Təbii ki, sevinməliyəm, hətta az etdim. Buna reaksiya göstərirlərsə, onlara dediyim budur ki, gedin PSJ ilə, “Real”la oynayın.

Oyundan əvvəl Fatih Terim gəlib, “Gökhan Çıra sənsən?” deyir. Sən kimsən? Mafiyasan? Futbolun mafiyası sənsən? “Qalatasaray”ın akademiyasında ola bilərəm, amma orda yaşadıqlarımı heç kim bilmir. Mənim kimi düşünən bir neçə dostum da var”.

“Qalatasaray” ilk oyunda “Tuzlaspor”a 0:2 hesabıyla uduzsa da, cavab matçında 4:0 hesabıyla qalib gələrək, növbəti mərhələyə yüksəlib.

Gökhan Çıranın “Qalatasaray”la ilk oyundan sonra etdiyi bu paylaşım narazılıqla qarşılanmışdı.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button