Türkiyə kubokunda 4-cü mərhələyə yekun vuruldu

Futbol üzrə Türkiyə kubokunda 4-cü təsnifat mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Qeyd edək ki, bu mərhələdə qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşir.

İlk gündəki qarşılaşmalardan sonra “Antalyaspor”, “Alanyaspor”, “Rizəspor”, “Hekimoğlu Trabzon”, “Altınordu”, “Adanaspor”, “Eyüpspor” və “Altay” klubları 5-ci mərhələyə yüksəlib.

İkinci oyun günündə daha 13 oyun baş tutub. “Vanspor”, “Samsunspor”, “Ərzincanspor”, “Keçiörengücü”, “Manisa”, “Kasımpaşa”, “İstanbulspor”, “Tuzlaspor”, “Karagümrük”, “Ərzurumsspor”, “Erokspor”, “Göztəpə” və “Fənərbaxça” növbəti mərhələyə vəsiqə qazanıb.

Son gündə rəqiblərini məğlub edən “Bursaspor”, “Sivasspor”, “Kırklarelispor”, “Kayserispor”, “Qaziantep” və “Dənizlispor” da növbəti mərhələyə yüksəlib.

Türkiyə kuboku, 4-cü mərhələ

29 oktyabr

Çankırıspor – Rizespor 1:3
Hekimoğlu Trabzon – Ekol Göz Menemenspor 3:0
Altınordu – Amed 3:1
Niğde Anadolu – Antalyaspor 0:0 (penaltilər 2:3)
Eyüpspor – Konyaspor 1:0
Altay – Görelespor 1:0
Adanaspor – Diyarbəkirspor 3:0
Alanyaspor – İnegölspor 3:0

30 oktyabr

Vanspor – Sancaktepe 1:0
Gümüşhanəspor – Samsunspor 0:3
Kastamonuspor – Ərzincanspor 1:1 (penaltilər 4:5)
Keçiörengücü – Siirt İl Özel İdaresi 3:1
Payasspor – Manisa 2:3
Kemerspor – Kasımpaşa 2:3
Karagümrük – Bandırmaspor 4:1
İstanbulspor – Tepecikspor 5:2
Karacabey Belediyespor – Tuzlaspor 1:3
Ərzurumspor – Bodrumspor 3:1
Gənclərbirliyi – Erokspor 0:2
Göztəpə – Sivas Belediyespor 3:0
Tarsus İdmanyurdu – Fənərbaxça 1:3

31 oktyabr

Bayburt Özel İdare – Bursaspor 1:2
Başkent Akademi – Sivasspor 0:6
Kırklarelispor – Ankaragücü 1:0
Kayserispor – Bayrampaşa 2:0
Qaziantep – Turqutluspor 3:0
Dənizlispor – İçel İdmanyurdu 4:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button