Türkiyə klubunun futbolçusu koronavirusa yoluxub

Türkiyənin “Qaziantep” klubunda iki nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bütün kollektivin koronavirus testindən keçdiyi, iki nəfərdən götürülmüş analizlərin pozitiv çıxdığı diqqətə çatdırılıb. Onlardan biri futbolçu, digəri isə klubda çalışandır.

Hər iki şəxs karantinə alınıb. Onların adları açıqlanmır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button