Türkiyə klubu Prosineçkini istefaya göndərdi

Türkiyənin “Dənizlispor” klubu baş məşqçisi Robert Prosineçkini istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Mövsümün əvvəlində Türkiyə klubuna baş məşqçi təyin olunan Prosineçki 2014-2017-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button