Türkiyə klubu baş məşqçi ilə vidalaşdı

Türkiyənin “Ərzurumspor” klubu baş məşqçisi Hamza Hamzaoğlu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə klub prezidenti Hüseyn Üneş yerli mətbuata açıqlamasında məlumat verib. O, TFF 1-ci liqada yeni baş məşqçi ilə mübarizə aparacaqlarını bəyan edib.

Qeyd edək ki, Hamzaoğlunun rəhbərlik etdiyi Ərzurum klubu geridə qalan mövsümdə Super Liqada 18 iştirakçı arasında 16-cı yeri tutaraq, elitanı tərk edib.

Hamzaoğlu “Ərzurumspor”a mart ayında baş məşqçi təyin olunmuşdu. O, bu postda Mehmet Özdileki əvəz etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button