Super Liqa klubunda koronavirusa 4 yeni yoluxma

Türkiyənin “Yeni Malatyaspor” klubunun daha 4 üzvündə koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, virusa yoluxanlardan 2-sinin futbolçu, 2-sinin də klubun işçisi olduğu bildirilib.

“Yeni Malatyaspor”da bundan əvvəl 4 nəfərdə koronavirus aşkarlanmışdı. Komanda Super Liqanın 33-cü turu çərçivəsində sabah “Fənərbaxça” ilə qarşılaşacaq.