Super Liqa klubunda ayrılıq

Türkiyənin “Trabzonspor” klubu futbolçusu Doğan Ərdoğanla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 24 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Ötən ilin yayında Avstriya LASK-ından transfer edilən Ərdoğan, Türkiyə Super Liqasında 20 oyuna çıxıb.