Ronaldo Super Liqa klubunda

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı yarımmüdafiəçi Ronaldo Mendesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Ronaldo son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunda çıxış edib.