Türkiyə klubunun iki futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Qaziantep” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, klubun futbolçuları, işçiləri və məşqçilərindən götürülən test nəticələrindən dördünün müsbət çıxdığı bildirilib.

Virusa yoluxanların ikisi futbolçu, ikisi isə klubun işçisidir.