“Qalatasaray”dan şəhid Fərid Dursunovla bağlı paylaşım

Türkiyənin “Qalatasaray” klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın rəsmi “facebook” hesabında edilən paylaşımda bunlar qeyd olunub:

“Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə “Qalatasaray” bayrağı da asın” deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunovla birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. “Qalatasaray”lılıq ölməz”.

Fərid Dursunov “Qalatasaray” azarkeşi olub. O, vəfat etməzdən əvvəl “şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” deyə, vəsiyyət edib.