“Qalatasaray” “Roma”dan futbolçu alır – RƏSMİ

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar” “Roma”dan Stiven Nzonzini transfer etməyə yaxındır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə, “Qalatasaray”ın 30 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürəcəyi bildirilir. Artıq İstanbul klubu rəsmi saytı vasitəsilə bu transferlə bağlı “Roma” ilə danışıqlara start verildiyini bəyan edib.

Nzonzi 2018-ci ilin avqustunda, 27 milyon avroya “Sevilya”dan “Roma”ya keçmişdi.