“Qalatasaray” Falkao ilə yollarını ayıracaq

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Radamel Falkao ilə yollarını ayıracaq.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qərarın verilməsinə səbəb, koronavirus pandemiyasının klubda yaratdığı maliyyə problemləridir. “Qalatasaray” Falkaonu yüksək ödənişi ilə yanaşı, həm də tez-tez zədələndiyi üçün göndərmək istəyir.

2019-cu ilin yayından “Qalatasaray”da çıxış edən 34 yaşlı hücumçu bu mövsüm 7 oyunda 5 qol vurub.