“Qalatasaray”da ciddi itki

Türkiyənin “Qalatasaray” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, “sarı-qırmızılar”ın yarımmüdafiəçisi Sofyan Fequli zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Super Liqanın 21-ci turu çərçivəsində “Yeni Malatyaspor”la keçirilən səfər matçında (1:0) zədələnən Fequli, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

31 yaşlı futbolçu bu mövsüm Super Liqada 14 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.