“Çelsi”dən Super Liqa klubuna – rəsmi

Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Çelsi”dən Denni Drinkuoteri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Kasımpaşa”da çıxış edəcək.

Drinkuoter 2017-ci ildə 37 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. Yarımmüdafiəçi son olaraq icarə əsasında “Aston Villa”da çıxış edib.