“Əmrənin Messidən fərqi yoxdur”

Türkiyənin “Fatih Karagümrük” klubunun prezidenti Süleyman Hurma maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, yerli mətbuata açıqlama verən klub rəsmisi, komandanın üzvü Əmrə Moru argentinalı hücumçu Lionel Messiyə bənzədib:

“Mənə görə, Əmrənin Messidən fərqi yoxdur. Zədələr ona imkan vermədi ki, karyerası çox uğurlu alınsın. İstədiyi səviyyəyə hələ gəlməyib. Biz onu dünya futbol bazarına çıxara bilərik”.

“Fatih Karagümrük” Əmrəni İspaniyanın “Selta” klubundan icarəyə götürüb.

24 yaşlı yarımmüdafiəçi bu mövsüm Super Liqada 3 oyuna çıxıb.