“Fənərbaxça”nın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Fənərbaxça” klubunun və Uruqvay milli komandasının futbolçusu Dieqo Rossi koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Uruqvay milli komandasının mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 23 yaşlı yarımmüdafiəçinin koronavirus testinin müsbət çıxdığı bildirilib.

Rossi bu mövsüm “Fənərbaxça” ilə 24 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.