“Fənərbaxça”nın futbolçusu milli komanda seçimini etdi

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Fərdi Kadıoğlu milli komanda seçimini edib.

Komanda.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasının uğurları üçün çalışacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Fərdi bu məsələ ilə bağlı yaxınlarına məlumat verib. O, ilin sonuna qədər mətbuata rəsmi açıqlama verəcək.

Fərdi Türkiyə millisiylə yanaşı, dəvət olacağı halda, Niderland və Kanada millilərində də oynaya bilərdi.

Fərdi daha əvvəl Niderlandın U-21 millisində kapitanlıq edib.