“Fənərbaxça” tanzaniyalı hücumçu üçün danışıqlara başladı

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni hücumçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Aston Villa”dan Mbvane Samattanı transfer etmək niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Fənərbaxça” 27 yaşlı hücumçunun transferi üçün artıq “Aston Villa” ilə danışıqlara başlayıb. Samattanın “Fənərbaxça”ya keçidinin yaxın zamanda rəsmiləşəcəyi gözlənilir.

2020-ci ilin yayından “Aston Villa”da forma geyinən tanzaniyalı hücumçu, Premyer Liqada 14 oyunda 1 qol vurub.