“Fənərbaxça”dan hücumçu transferi – rəsmi

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Papiss Sisseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azad agent olan 35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Mets”, “Şatoru”, “Frayburq”, “Nyukasl” kimi klublarda çıxış edən Sisse, son olaraq Türkiyənin “Alanyaspor” komandasında forma geyinib.