İlk namizəd bilindi – “Beşiktaş”ın prezidenti postuna

Türkiyənin “Beşiktaş” klubunda prezident postuna ilk namizəd bəlli olub.

Komanda.az xəbər verir ki, Sərdar Adalı oktyabrın 20-də keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Beşiktaş”ın prezidenti Fikrət Orman istefa verəcəyini açıqlayıb. Oktyabrın 20-də klubun prezidenti postuna seçkilər keçiriləcək.

Sərdar Adalı hazırda “Beşiktaş”ın vitse-prezidentidir.